Dünya

Sinəsindən ildırım vurdu, sağ qaldı

27 Avqust 2022 15:00
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Florida ştatının Pensakola şəhərində tələbə qız onu ildırım vurduqdan sonra sağ qalıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

18 yaşlı Emma Eggler dərsin ilk günündə Qərbi Florida Universitetinə gedib. Birdən onu ildırım vurub. ildırım qızın sinəsinə dəyib, onun yerə yıxılmasına səbəb olub.

Zərbə o qədər güclü olub ki, amerikalı qadının saatı partlayıb, sviteri yanıb, corabında və çəkməsində dəliklər əmələ gəlib. Hadisədən sonra tələbə bir müddət yeriyə bilməyib.

Eqqlerə yaxınlıqda olan universitet işçiləri və tələbələr kömək ediblər. Qızı skamyaya otuzdurublar. Paltarı xarab olduğundan sinif yoldaşı ona köynəyini verib və dərhal təcili yardım çağırıb.

Tələbə xəstəxanaya yerləşdirilib. Həkimlər amerikalının sağ qalması üçün çox şanslı olduğunu bildiriblər. Zərbə bədəninin sol tərəfindən keçərək ayaqlarına keçib.

"Heç nə hiss etmədim, sadəcə yerdə oyandım. Həkimlər mənə lotereya bileti almağı məsləhət gördülər, çünki çox şanslıyam", - Eqqler bildirib.

Zərbədən sonra o, bel çantasına çata bilsə də, ayaqlarını hiss etməyib. O, iflic olduğunu düşündüyü üçün panikaya düşüb.

Ertəsi gün tələbə xəstəxanadan buraxılıb. Bu zamana qədər ayaqların hissi və hərəkət etmək qabiliyyəti bərpa edilib. Tələbə gələn həftə məktəbə qayıtmağı planlaşdırıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.