Dünya

2022-ci ildə COVİD-19-dan ölənlərin sayı açıqlandı

26 Avqust 2022 07:35
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il COVİD-19 səbəbiylə həyatını itirənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.

Qebreyesus virusun təsirini göstərməyə başladığı 2019-cu ilin sonundan bu yana dünyada virusdan 6,45 milyon insanın öldüyünü deyib.

Həyat itkisinin qarşısını almaq üçün vasitələrin mövcudluğuna baxmayaraq, bu cür ölümlərin qəbuledilməz olduğunu vurğulayan Qebreyesus, "Biz bütün hökumətləri əhalinin 70 faizinin peyvənd edilməsi hədəfinə doğru səhiyyə işçilərini, yaşlıları və yüksək risk altında olan insanları peyvənd etməyə çağırırıq" bildirib.

Qebreyesusun sözlərinə görə, dünya əhalisinin üçdə biri, səhiyyə işçilərinin üçdə ikisi və yaşlıların dörddə üçü hələ də peyvənd edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.