Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanı müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə təbrik edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Fevralın 24-dən indiyədək biz Ukraynaya digər Avropa ölkələrindən daha çox silah vermişik. Biz Ukraynaya həmçinin 7 min tank əleyhinə raket yollamışıq. 100 minədək ukraynalı bizim ərazimizdə sığınacaq tapıb" - deyə hökumət başçısı bildirib.
Milli.Az