Dünya

Sərxoş kişi anasını kürəklə döyüb öldürdü

23 Avqust 2022 18:52
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Çuvaşiyanın Batırevski rayonunun Turunovo kəndinin sərxoş sakini öz anasını kürəklə döyərək öldürüb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin saytında məlumat verilib.

İstintaqın məlumatına görə, 52 yaşlı kişi kürəklə təqaüdçünün başına azı 10 zərbə endirib. Aldığı xəsarətlərdən yaşlı rus qadın yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Çuvaşiya sakini barəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş başlanıb. Həmin şəxs artıq həbs edilib.

"Müstəntiqin vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Cinayət işinin istintaqı davam etdirilir", - İstintaq Komitəsinin regional şöbəsindən bildirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.