Dünya

Cütlük yeni doğulan körpəni satmaq istədi

23 Avqust 2022 09:22
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda gənc cütlük yeni doğulan uşağını satmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı qadın 21 yaşlı ortağı ilə iki ay əvvəl alıcı axtarmağa başlayıb. Almatıda iki sakin körpə almaq istədiklərini bildiriblər. Razılaşmanın dəyəri 2 milyon tenge olub.

Alış-veriş həftə sonuna planlaşdırılsa da, polis buna imkan verməyib və vasitəçilər saxlanılıb.

Bundan əlavə, uşağa sənəd verəcəyini vəd edən qadın da ələ keçib.

Uşaq cütlüyün əlindən alınıb, hazırda o, tibb müəssisəsindədir.

Hüquq-mühafizə orqanlarının araşdırma aparır. Şübhəlilər isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.