Dünya

Gürcüstanda meşə yanğını 3 gündür davam edir

23 Avqust 2022 08:54
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Borjomi rayonunda meşə yanğını 3 gündür davam etsə də, yanğın hələ də nəzarət altına alınmayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Açıqlamada yanğına həm qurudan, həm də havadan müdaxilə edildiyi və alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün böyük səy göstərildiyi bildirilib:

"Borjomi bələdiyyəsində yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi hələlik aradan qaldırılıb. Sərhəd polisinin helikopterləri də səhər saatlarında yanğını söndürmək üçün səy göstərib. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Gecə boyu yanğınla mübarizə aparmışıq. Hazırda 300 yanğınsöndürən və Xüsusi Təyinatlı Qüvvələrin 300 əməkdaşı yanğını söndürməyə çalışır".

Baş nazir İrakli Qaribaşvilinin göstərişi ilə dünən ordunun şəxsi heyəti yanğına müdaxilə etmək üçün bölgəyə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.