Dünya

Rusiya və Ukrayna vətəndaşları casusluqda şübhəli bilinərək saxlanılıb

21 Avqust 2022 21:54
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Albaniyada Rusiyanın iki (kişi və qadın), habelə Ukraynanın bir vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, onlar hərbi zavoda daxil olaraq, müəssisənin şəklini çəkməyə cəhd ediblər.

"Rusiya və Ukrayna pasportu olan üç nəfər zavoda daxil olmağa cəhd edib", - nazirlikdən bildirilib.

KİV-in məlumatına görə, Albaniyanın Baş naziri Edi Rama hər üç şəxsin casusluqda şübhəli bilindiyini təsdiqləyib. Qeyd edilir ki, zavodun iki mühafizəçisi əcnəbiləri saxlayarkən xəsarət alıb.

Yerli "Daily News" portalının məlumatına görə, fabrik rəhbəri Lorenz Zani bildirib ki, casusların saxlanılması zamanı əcnəbilərlə mühafizəçilər arasında toqquşma olub.

Zavod Albaniya ordusunun himayəsindədir.

KİV-in məlumatına görə, saxlanılan Rusiya vətəndaşları - 23 yaşlı Mixail Zorin və 33 yaşlı Svetlana Timofeyevadır. Onlar Elbasan şəhərinin polis şöbəsinə aparılıb.

Faktla bağlı istintaq başlayıb, prokurorluq, xüsusi xidmət orqanları və ordu hüquqşünasları tərəfindən birgə təhqiqat aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.