Dünya

Sünnətdən sonra uşaq xəstəxanaya düşüb

17 Avqust 2022 12:30
0 Şərh     Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə ritual sünnət uşağın xəstəxanaya yerləşdirilməsi ilə başa çatıb.

Milli.Az bildirir ki, çərşənbə axşamı, avqustun 16-da Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

"2022-ci il avqustun 13-də özəl klinikalardan birində cərrah işləyən şəxs Moskvanın Panfilov qəhrəmanları küçəsində yerləşən mənzildə ödənişli tibbi prosedurlar zamanı 7 yaşlı uşağa travmatik xəsarətlər yetirib", - məlumatda deyilir.

"Baza" telegram kanalının məlumatına görə, uşağın valideynləri evdə ritual sünnət təşkil etmək qərarına gəliblər. Sünnət dərisinin çıxarılması əməliyyatı zamanı ev cərrahı uşağın cinsiyyət orqanının bir hissəsini kəsib. Uşaq xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.