Dünya

“Hubble” teleskopundan kainatın daha bir möhtəşəm görüntüsü - FOTO

16 Avqust 2022 15:15
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hubble" kosmik teleskopu yeni unikal fotosunu çəkib.

Bu dəfə o, Oxatan bürcündə NGC 6540 ulduz toplusunun görüntüsünü qeydə alıb.

Təsviri Avropa Kosmik Agentliyinin mətbuat xidməti yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkil teleskopun təchiz olunduğu üç kameradan istifadə edilməklə çəkilib.

Qeyd edilir ki, NGC 6540 toplusundakı ulduzların sayı on minlərlə, yaxud da milyonlarladır. Onları qarşılıqlı cazibə qüvvəsi birləşdirir.

NGC 6540 ilk dəfə 1784-cü il mayın 24-də alman əsilli ingilis astronomu Fridrix Vilhelm Herşeld tərəfindən kəşf edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.