Dünya

Müharibədən öncə şahzadənin şok addımı...

15 Avqust 2022 15:37
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə şahzadəsi Valid bin Talal Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Şahzadəyə məxsus olan "Kingdom Holding Co." investisiya şirkəti fevral ayında PJSC Qazprom, PJSC Lukoyl və PJSC Rosneft tərəfindən verilmiş depozitar qəbzləri alıb. Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib", - məlumatda deyilir.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri müharibədən sonra kəskin şəkildə aşağı düşüb. Səudiyyə şirkəti isə hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib.

İyunun 30-da məlum olub ki, "Qazprom" səhmdarları 2021-ci il üçün dividend ödəməmək qərarına gəliblər. Bu səbəbdən şirkətin qiymətli kağızları 30% ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.