Dünya

Gürcüstan Rusiyanı Abxaziyadan qoşunlarını çıxarmağa çağırdı

8 Avqust 2022 16:45
1 Şərh     Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya-Gürcüstan müharibəsindən 14 il sonra Moskva Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya və Cənubi Osetiyada qanunsuz nəzarətini genişləndirməkdə davam edir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in avqustun 7-də Avqust müharibəsinin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir.

Gürcüstan XİN RF-ni Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə, qoşunlarını Gürcüstandan çıxarmağa və işğal edilmiş rayonların müstəqilliyinin tanınması haqqında qanunsuz qərarını ləğv etməyə çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.