Dünya

Zelenski: Yeni "referendumlar" Rusiya üçün danışıqlar imkanının qarşısını alır

8 Avqust 2022 07:41
0 Şərh     Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəbt olunmuş ərazilərdə keçiriləcək yeni qondarma "referendumlar" Rusiya Federasiyası üçün həm Ukrayna, həm də sivil dünya ilə danışıqlar imkanlarının qarşısını alır.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətində deyib.

"Rusların zəbt etdikləri ölkəimizin cənubundakı ərazilərində psevdoreferendumlara hazırlaşmaları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: ruslara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs Ukrayna qarşısında cavab verəcəklər", - o qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə Ukrayna dövlətinin mövqeyi dəyişməz olaraq qalır.

"Biz özümüzdən heç nə verməyəcəyik və əgər ruslar bu psevdoreferendumlara əməl etsələr, onda Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını qapayacaqlar ki, bu da nə vaxtsa Rusiya tərəfinə mütləq lazımdır", - Zelenski əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.