Dünya

Almaniyanın Braziliyadakı konsulu saxlanıldı

7 Avqust 2022 10:20
1 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya polisi Almaniyanın Rio-de-Janeyro şəhərindəki konsulu Uve Herberti saxlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ispandilli "Metropoles" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, diplomat vətəndaş nikahında olduğu Belçika vətəndaşı Valter Anri Maksimilian Biotu öldürməkdə təqsirli bilinir. Meyit aşkar olunan zaman konsul polisə bildirib ki, ölüm səbəbi onun alkoqolla birgə böyük dozada yuxu dərmanı qəbul etməsidir. Lakin tibbi ekspert meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri aşkar edib.

Hadisə baş verən gün alman diplomat katibəsini evə çağırıb. Sonuncu öz ifadəsində mənzildə qan izləri gördüyünü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.