Dünya

Kubada Denge qızdırmasına yoluxma artır

31 İyul 2022 19:02
0 Şərh     Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kubada Denge qızdırmasına yoluxma artır.

Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib.

Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu, bundan öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur.

Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.