Dünya

Almaniyanın dövlət borcu tarixi maksimuma çatıb

29 İyul 2022 07:55
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın banklara və özəl təşkilatlara dövlət borcu 2,3 ​​trilyon avronu keçərək tarixi maksimuma çatıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Qeyd olunur ki, dövlət borcunun artmasına pandemiya dövründə koronavirus məhdudiyyətləri və əhaliyə dəstək tədbirləri səbəb olub.

Hazırda Almaniyanın dövlət borcu öz statistikası tarixində ən yüksək səviyyədədir. Məqalədə qeyd olunur ki, 2021-ci ildə o, 6,8 faiz (148,3 milyard avro) artıb.

İl ərzində maksimum artım federal hökumət tərəfindən 10,3 faizlə qeydə alınıb. Torpaq borcu 0,4 faiz, bələdiyyələrin borcu 0,6 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory