Dünya

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

25 İyul 2022 20:35
0 Şərh     Baxış: 924
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.

O əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb.

Çelik, həmçinin, bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdlərinin olduğunu da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.