Dünya

"Belarus hərbi təcavüzə çoxdan qoşulub"

25 İyul 2022 07:45
0 Şərh     Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kiyev Belarusun Ukraynaya qarşı müharibədə iştirakının ən pis ssenarilərinə hazırlaşır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

Onun sözlərinə görə, Lukaşenko indiyədək Ukraynaya qarşı hərbi əməliyyatlarda böyük iştirakdan yayınmasına baxmayaraq, Belarusun rolu daha da aktivləşə bilər.

"Belarus hakimiyyəti artıq öz ərazilərini qoşunların tranziti, raket və artilleriya atəşi, yaralıların müalicəsi və hətta Rusiya tərəfindən qənimətlərin götürülməsi üçün təmin edib. Bütün müharibə qanunlarına görə, Belarus hərbi təcavüzə çoxdan qoşulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.