Dünya

Zelenski ən vacib milli vəzifəni açıqlayıb

25 İyul 2022 07:35
0 Şərh     Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birliyi qorumaq, qələbə naminə birgə çalışmaq ən mühüm milli vəzifədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 151-ci gününün sonunda axşam çıxışında deyib.

"Hazırda birliyi qorumaq və qələbə üçün bir çalışmaq hamımızın mütləq yerinə yetirəcəyimiz ən mühüm milli vəzifədir. Biz əvvəlki nəsillərin edə bilmədiklərini edəcəyik. Bu, bizim müstəqillik müharibəsində müdafiəmizə, dünyanın ən müasir dövlətlərindən birinə çevrilməyimizə aiddir", - deyə Zelenski vurğulayıb.

Prezident vurğulayıb ki, sabah vacib həftə başlayır. 28 iyul Ukrayna Dövlətçilik Gününün qeyd olunur.

"Bu həftə tərəfdaşlarımızın mühüm səfərləri olacaq. Əsas məsələ Ukraynanın cəbhədə, diplomatiyada, iqtisadiyyatda da daha da irəliləməsi olacaq", - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.