Dünya

"Hər iki tərəfdən itkilər qəbuledilməz həddə çatır"

22 İyul 2022 16:30
0 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın yaxın bir neçə həftə ərzində əməliyyata fasilə verəcəyi ehtimalı var. Ukraynalılar üçün bu, sarsıdıcı zərbələr endirmək şansı ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı Mİ6-nın rəhbəri Riçard Mur bildirib.

"Düşünürəm ki, onların enerjisi tükənmək üzrədir. Bizim dəyərləndirməmiz belədir ki, ruslar növbəti bir neçə həftə ərzində qüvvə təmin etməkdə çətinliklə üzləşəcək".

Riçard Mur xatırladıb ki, hər iki tərəfdən itkilər qəbuledilməz həddə çatır və bu, münaqişənin səngiməsinə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.