Dünya

Arayik Arutyunyan Cenevrədə “yaxalandı” - FOTOFAKT

19 İyul 2022 13:22
0 Şərh     Baxış: 1 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arayik Arutyunyandan xəbər var. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, o bu dəfə Avropanın göbəyində, İsveçrənin Cenevrə şəhərində ailəlikcə istirahət edərkən kameralara tuş gəlib. 

Hər yerdə özünü Qarabağdakı ermənilərin xilaskarı kimi təqdim edən Arayik İsveçrəyə hansı statusla getdiyi məlum deyil.

Məlum olan odur ki, istər Ermənistanda, istərsə də Qarabağda sadə ermənilərin pis vəziyyətdə olduğu, sosial problemlərin məngənəsində boğulduğu bir vaxtda Arutyunyanın Cenevrə səfəri xeyli təəccüb doğurur. 

Əslinə baxsan Arayikin bu hərəkəti heç də təəccüblü deyil. O da digər erməni siyasətçiləri kimi özlərini xalqın cəfakeşi və xilaskarı kimi göstərsə də mahiyyətcə korrupsioner bir məmurdur.

Arutyunyanın xaricdəki erməni diasporundan, "Hayastan" fondundan və digər mənbələrdən Qarabağdakı ermənilərə ünvanlanan yardımları necə mənimsədiyi heç kimə sirr deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.