Dünya

"Putin milli azlıqları döyüşə göndərir" - İnstitut

19 İyul 2022 10:30
1 Şərh     Baxış: 1 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan "Yeni Tuva" hərəkatı yaradılıb. Bu xəbər son vaxtlar Rusiyada yerləşən və əksəriyyəti müxtəlif etnik qruplara mənsub olan regional könüllü taborların sayının artması kontekstində diqqət çəkir.

"Bu məlumatlar onu göstərir ki, Putin çoxlu sayda etnik rusları səfərbər etmək istəmədiyi üçün ümumi səfərbərlik keçirməkdən çəkinə bilər", - institutdan qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.