Dünya

“Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur” - ABŞ institutu

18 İyul 2022 10:22
0 Şərh     Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya ordusunun imkanı olsa, Odessaya girəcəklər. Amma hələ onların belə bir imkanı yoxdur".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun eksperti Natalya Buqayava deyib.

"Hərbi nöqteyi-nəzərdən indi belə bir imkan yoxdur. Donbasın işğalı tam başa çatanadək Odessa haqqında danışmaq tezdir. Amma Rusiya Silahlı Qüvvələrinin niyyəti dəyişməyib. Odessa onlara təkcə Ukraynanın cənubuna və Qara dənizə nəzarət üçün deyil, eləcə də Moldova və Dnestryanı üçün əhəmiyyətlidir", - o vurğulayıb.

Ekspertin sözlərinə görə, İlan adasından rusiyalıları qovmaq vacib idi: "Bu, Ukrayna üçün həm hərbi, həm də mənəvi qələbədir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.