Dünya

İstilərə görə ilk dəfə həyəcan siqnalı verildi

17 İyul 2022 19:44
0 Şərh     Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada temperaturun 40 dərəcəyə yüksəlməsi ehtimalına görə ilk dəfə həyəcan siqnalı verilib və fövqəladə vəziyyət elan edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Britaniyanın meteorologiya agentliyi bununla əlaqədar əhaliyə ciddi xəbərdarlıq ünvanlayıb. Həyəcan siqnalı bazar ertəsi və çərşənbə axşamı günləri olmaqla London, Mançester və York şəhərləri daxil olmaqla bir çox ərazini əhatə edir.

Hidrometeoloqlar Kembricdə 2019-cu ildə 38,7 dərəcə olan rekord temperaturun çərşənbə axşamı yenilənəcəyini proqnozlaşdırırlar. Buna görə milyonlarla insan evdən işləməyə təşviq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.