Dünya

İspaniyada anomal istilər altı gündə 360 CAN ALDI

16 İyul 2022 21:33
0 Şərh     Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 6 gündə İspaniya ərazisinin böyük hissəsində müşahidə olunan isti hava şəraitinin təsirindən 360 insan həyatını itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İctimai Səhiyyə İnstitutunun məlumatında deyilir.

"İyulun 10-dan 15-nə qədər toplanmış statistik məlumatlara görə, İspaniyada son bir həftədə müşahidə olunan yüksək temperatur nəticəsində 360 nəfər ölüb, ölümlərin pik həddi - 123 nəfər isə cümə günü qeydə alınıb", - telekanal bildirib.

Bu arada İspaniyanın Meteorologiya Xidməti bildirib ki, iyulun 16-da ölkənin kontinental hissəsində hərarət 28 dərəcədən aşağı düşməyəcək, bəzi yerlərdə isə 45 dərəcəyə çatacaq. İspaniya meteoroloqları şənbə günü Kantabriya, Navarra, Rioxa muxtar icmalarında, eləcə də Badaxoz və Saraqosa şəhərlərində istilər səbəbindən hava təhlükəsinin maksimal (qırmızı) səviyyəsini açıqlayıblar.

Teleradio şirkəti xatırladıb ki, cari isti hava dalğası bu yay İspaniyada ikincidir. İyun ayında ölkədə səkkiz gün davam edən isti havanın ilk dalğası bürüyərkən onun qurbanları 829 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.