Dünya

Moody's: “Belarus xarici borcunu defolt edib”

15 İyul 2022 08:40
0 Şərh     Baxış: 804
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər "Belarus-27" onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

"Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur", - agentliyin açıqlamasında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.