Dünya

Ərdoğan Venesuelaya səfər edəcək

12 İyul 2022 09:22
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür.

Milli.Az bildirir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

"Yaxın günlərdə biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz sevinc hissi ilə hazırlıq işləri görürük. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək" - deyə Maduro missiyası başa çatmış Türkiyə səfirini qəbul edərkən bildirib.

Qeyd edək ki, Maduro ötən iyunda Ankarada səfərdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.