Ukrayna Silahlı Qüvvələrində snayper kimi fəaliyyət göstərən braziliyalı model Talito du Valye Xarkov yaxınlığındakı döyüşlərdə həyatını itirib.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşən 39 yaşlı modelin olduğu bunker raket zərbəsi nəticəsində tamamilə dağıdılıb.
Talito du Valye üç həftə əvvəl müharibədə iştirak etmək üçün Ukraynaya gəlibmiş.
Bu, onun müharibədə ilk döyüş təcrübəsi olmayıb. Belə ki, daha öncə Talito İraqdakı silahlı birləşmələrdən birinin tərkibində yer alıb. Braziliyalı model məhz İraqda snayper tüfəngindən sərrast atəş açmağın sirlərinə yiyələnib.
Qeyd edək ki, Talito öz vətənində baş tutan qeyri-leqal küçə döyüşlərinin ulduzlarından biri sayılır.
Milli.Az