Ukraynanın şərqində davam edən döyüşlərdə son iki gün ərzində rusların 10-dan çox tankı məhv edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Dünən Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Briqadasının 80-ci xüsusi alayının hərbi qulluqçuları üçün düşmənin zirehli texnikasının məhv edilməsi baxımından son dərəcə məhsuldar olub. Şərq istiqamətində döyüş nəticəsində bölmələr 12 rus tankını məhv etdilər! Bu cür taktiki qarşılıqlı fəaliyyət möhtəşəm nəticə verdi", - məlumatda qeyd edilir.
Eyni zamanda qeyd edilir ki, ilk iki rus tankı hücumun əvvəlində pusquda məhv edilib, növbəti qrup tanklar isə RPQ, NLAW və "Javelin"in köməyi ilə yandırılıb, daha ikisi isə artilleriya ilə sıradan çıxarılıb.
Milli.Az