Dünya

Tarixin ən qanlı müharibəsi yaxınlaşır - Xəbərdarlıq

7 İyul 2022 08:17
0 Şərh     Baxış: 3 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya və ABŞ təhlükəsizlik xidmətlərinin rəhbərləri birgə bəyanatlarla Çindən gələn təhlükə barədə xəbərdarlıq ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, FTB direktoru Kristofer Vrayın sözlərinə görə, Çin onların iqtisadi və milli təhlükəsizliyi üçün ən böyük uzunmüddətli təhdiddir.

Mİ5-in rəhbəri Ken Makkallum isə bildirib ki, Çinin Tayvanı zorla almaq cəhdləri FTB-ni qəzəbləndirə bilər. O, söyləyib ki dünyanın indiyədək gördüyü ən qorxulu müharibələrdən biri yaşana bilər.

Vray da öz növbəsində Çinin Ukraynadakı münaqişədən hər cür dərs aldığını deyib. Vray həmçinin Çinin Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarını diqqətlə izlədiyini və bunun üçün iqtisadi hazırlıq gördüyünü iddia edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.