Dünya

“Ölkə hərbi əməkdaşlıqda neytrallıqdan kənara çıxmır” - Moldova XİN

7 İyul 2022 08:20
0 Şərh     Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldova digər ölkələrlə hərbi əməkdaşlıqda konstitusiyada təsbit olunmuş neytrallıqdan kənara çıxmır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Daniel Voda bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaitsevin Moldovanın Qərbdən hərbi yardım alması məsələsində balanslı olmaqla bağlı çağırışına münasibət bildirən Daniel Voda bildirib ki, Moldovanın digər ölkələrlə təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlığı ölkə konstitusiyasında təsbit olunmuş neytrallıq prinsipi çərçivəsindən kənara çıxmır:

"Eyni zamanda, ölkəmiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə, sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehlik daşımağa borcludur. Avropa İttifaqının elan etdiyi yardım proqramı öldürücü olmayan silahların tədarükünü nəzərdə tutur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.