Dünya

Fotoqraf modeli meşəyə aparıb, lüt halda ağaca bağlayıb və öldürüb

5 İyul 2022 00:14
0 Şərh     Baxış: 2 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada fotoqraf modeli meşəyə apararaq öldürüb.

Milli.Az bildirir ki, bu haqda Yahoo! News xəbər verir.

23 yaşlı Rina Arano Tokioda yaşayıb, tibb kollecində təhsil alıb və model kimi fəaliyyət göstərib. "Mən həmişə uzun paltarlar geyinirəm və anime personajları kimi yüksək səsə sahibəm", - o müsahibələrin birində deyib. Qız iyunun 5-də yoxa çıxıb, 3 gün sonra isə onun yaxınları polisə müraciət ediblər.

Təxminən iki həftə sonra Aranonun cəsədi İbaraki prefekturasındakı meşədə tapılıb. Qız çılpaq idi və ağaca bağlanmışdı. Rəsmi ölüm səbəbi hələlik açıqlanmasa da, mərhumun boynunda onun boğulduğunu göstərən izlərin tapıldığı qeyd edilir.

Polis tezliklə 33 yaşlı Hiroyuki Sanpeyi həbs edib. O, Aranonu Hitatiota şəhəri yaxınlığındakı bağ evində saxlamaqda şübhəli bilinir. Qızın yaxınlarının dediyinə görə, onlar sosial şəbəkədə tanış olublar. İddialara görə, Sanpey foto çəkməyi çox sevirdi və qızı poza verməyə dəvət edib.

Kişinin smartfonunda Arano ilə yazışmalar və onun əlləri qandallı olduğu fotoşəkilləri tapılıb. Sanpey onların modelin razılığı ilə baş tutan fotosessiya zamanı çəkildiyini iddia edir. O, həmçinin bildirib ki, Aranonu həqiqətən də bağ evinə aparmaq üçün maşınına mindirib, lakin sonradan onu ən yaxın mağazanın yaxınlığında düşürüb və o vaxtdan bəri onu görməyib.

Mərhumun mobil telefonu həmin şəxsin villasından tapılıb. Müstəntiqlər Sanpeyin ifadəsində uyğunsuzluqlara diqqət çəkib, bundan sonra o, polislə əlaqə saxlamaqdan imtina edib. Fotoqrafın avtomobilindən olan kamera görüntüləri onun daha sonra Aranonun cəsədinin tapıldığı yerə yaxınlaşdığını göstərir. İstintaq davam edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.