Dünya

Bayden G7 sammitinə helikopter əvəzinə avtomobillə getdi

26 İyun 2022 18:34
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden şənbə günü axşam Münhen hava limanına çatdıqdan sonra vertolyotla Bavariyadakı "Böyük Yeddilik" (G7) sammitinin başladığı Elmau qalasına tez və rahat şəkildə uça bilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bild am Sonntag" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Bayden Pömetsrieddə (Elmau qalasından demək olar ki, 40 km aralıda) uçuşu dayandırmaq məcburiyyətində qalıb, çünki helikopter heyətinin enişi əvvəlcədən "məşq etməyə" vaxtı olmayıb. ABŞ-ın təhlükəsizlik protokollarına əsasən, prezidenti daşıyan helikopterə yalnız pilotlar eniş təlimini başa vurduqları halda müəyyən bir yerə qalxıb enməyə icazə verilir. Bu qayda yalnız müstəsna hallarda pozula bilər.

Qeyd edək ki, Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.