Dünya

Belarus Kiyevi bu halda VURA BİLƏR - Lukaşenkodan XƏBƏRDARLIQ

24 İyun 2022 22:49
0 Şərh     Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna ordusu Mozır neft emalı zavoduna hücum etsə, Belarus Kiyevi vuracaq".

Milli.Az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O qeyd edib ki, Belarus Ukraynada döyüşmək fikrində deyil.

Ölkə lideri bildirib ki, Ukrayna ordusu Belarus sərhəddini keçərsə və ya Mozır neft emalı zavodunu hədəfə alarsa, ölkə dərhal cavab verəcək:

"Onlar başa düşəcəklər: Mozırı vursalar, biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Bunu başa düşməlidirlər.

Ancaq vurmaq üçün vuracaq bir şeyə sahib olmaq lazımdır. Bizdə var".

Lukaşenko Belarus ordusunun təlim keçəcəyini də bildirib.

Xatırladaq ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmədiyini bildirib.

Bundan əlavə, Belarus hakimiyyəti Qərbi Ukrayna üçün müharibəni istisna etmir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.