Dünya

Maksim Qalkin “qara siyahı”dan çıxarıldı

22 İyun 2022 21:54
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı şoumen və teleaparıcı Maksim Qalkini dövlətin milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısından çıxarıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Qalkin Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə 2021-ci ilin noyabrında "qara siyahı"ya əlavə edilmişdi. Onun bu siyahıya salınma səbəbi açıqlanmasa da, sosial şəbəkələrdə şoumenin 2014-cü ilin iyununda və 2015-ci ilin avqustunda Rusiya tərəfindən zəbt olunmuş Krıma səfər etdiyi barədə məlumat yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.