Dünya

Şahzadə Uilyam uşaqlarına yoxsulluq dünyasını göstərmək istəyir - FOTO

22 İyun 2022 20:30
0 Şərh     Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Uilyam üç övladına yoxsulluq dünyasını göstərmək istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "The Big Issue" üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, özü ilk dəfə 11 yaşında anası şahzadə Diana ilə evsizlər üçün sığınacaqda olub və həmin vaxt unudulmuş problemə işıq salmaq üçün anasının tam qətiyyətini görüb.

İndi isə şahzadə Uilyam səkkiz yaşlı Corc, yeddi yaşlı Şarlotta və dörd yaşlı Lui ilə küçələrdə yaşayanları ziyarət etmək niyyətindədir.

"Evsizlik həlli olmayan məsələ deyil,  çarəsi olan problemdir", - deyə o, əminliyini ifadə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.