Dünya

ABŞ Rusiyanı terrorçu dövlət kimi tanıya bilər

19 İyun 2022 14:15
0 Şərh     Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn həftə ABŞ Senatı Rusiyanı terrorizmə himayədarlıq edən dövlət kimi tanıyan qətnaməyə baxa bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əgər qərar müsbət olarsa, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Ukrayna parlamentarilərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı qətnaməni dəstəklədiyini bildirib.

Qeyd edək ki, qətnaməyə Senatdakı səsvermədən əvvəl, ilk olaraq Xarici Əlaqələr Komitəsində baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.