Dünya

Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib

16 İyun 2022 11:46
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: "Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır".

"Vaksin edilmiş əhalinin üzərində araşdırma aparmalıyıq. ÜST bütün ölkələri səhiyyə təşkilatlarını yenidən qurmağa çağırır. Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır. Mən buna sessiyada çıxışımda yer verəcəyəm", - ÜST-ün rəhbəri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.