Dünya

ABŞ-ın baş infeksionisti koronavirusa yoluxub

15 İyun 2022 23:52
0 Şərh     Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçinin verdiyi testin cavabı müsbət çıxıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Cozef Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.

81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.