Dünya

Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən ölkələrin adını çəkib

15 İyun 2022 20:43
0 Şərh     Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Makedoniya, Albaniya və Monteneqro Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsinə dəstək verən birgə bəyanat qəbul ediblər.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın Baş naziri Edi Rama, Monteneqronun Baş naziri Dritan Abazoviç və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevskinin videobağlantı vasitəsilə qatıldığı görüşdən sonra keçirilən brifinqdə deyib.

Zelenski vurğulayıb ki, Ukrayna, Şimali Makedoniya, Albaniya və Monteneqro Avropaya inteqrasiya yolunda rəqib deyil, bir-birinin imkanlarını tamamlamalı və gücləndirməlidir.

Qeyd edək ki, Albaniya, Monteneqro və Şimali Makedoniya Aİ-nin üzvü deyil.

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı yekun qərar qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.