Dünya

Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq - Rusiyadan SƏRT AÇIQLAMA

15 İyun 2022 13:33
Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı mövqeyi müqabilində Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatına göz yummağı planlaşdırmır.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə bu gün, iyunun 15-də Rusiya Federasiyası prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Bizim əməliyyata (Türkiyə Suriyanın şimalında - red.) göz yummağımız müqabilində Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mümkün mübadilələrə (Türkiyənin mövqeyinə görə - red.) gəlincə, - belə bir şey yoxdur. Biz ticarət etmirik. Biz bölgədəki müttəfiqlərimizi təslim etmirik", - deyə o, Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olmasını davamlı olaraq əngəlləməsi müqabilində Rusiya Federasiyasının Türkiyənin Suriyanın şimalındakı əməliyyatının hər hansı bir hissəsinə göz yumub-yumamayacağı sualına cavab verib.

"Bunlar sadəcə danışıqlardır", - Lavrentyev qeyd edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.