Dünya

Rusiya yenidən Xarkov istiqamətində hücuma keçib - Britaniya kəşfiyyatı

14 İyun 2022 12:52
0 Şərh     Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Qərb Qüvvələr Qrupu həftələr sonra yenidən Xarkov istiqamətində kiçik hücumlar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Rusiyanın əsas əməliyyat səyləri Donbas regionunda Severodonetsk şəhəri olaraq qalır.

Məlumatda qeyd olunub ki, iyunun 10-da Rusiya Hərbi Sənaye Komissiyası sədrinin birinci müavini hərbi xərclərin 600-700 milyon rubl (12,28 milyard dollar) artacağını, bunun isə Rusiyanın müdafiə büdcəsini 20% artıracağını proqnozlaşdırıb.

Qeyd olunub ki, Rusiya hökumətinin maliyyəsi ölkənin müdafiə sənayesi bazasının Ukraynada müharibənin yaratdığı tələblərin ödənilməsi üçün yavaş-yavaş səfərbər edilməsinə imkan verir. "Lakin sənaye qismən də sanksiyalar və təcrübə çatışmazlığı səbəbi ilə tələblərin qarşılanması ilə bağlı çətinlik çəkə bilər. Rusiyanın yüksək keyfiyyətli optika və qabaqcıl elektronika istehsalı çox güman ki, problemli olaraq qalır və bu, onun Ukraynada itirilmiş avadanlığı əvəz etmək səylərinə zərbə vura bilər.", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.