Dünya

ABŞ-ın səhiyyə naziri COVID-19-a yoluxdu

14 İyun 2022 08:42
0 Şərh     Baxış: 578
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın səhiyyə və insan xidmətləri naziri Xavier Becerra COVID-19-a yoluxub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda Becerranın COVID-19-a qarşı 3 doza peyvəndi olduğuna diqqət çəkərək, nazirin yüngül simptomlar göstərdiyi qeyd edilib.

Becerranın COVID-19 protokollarına uyğun olaraq vəzifəsini uzaqdan davam etdirəcəyi bildirilən açıqlamada ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə yaxın təmasda olmadığı yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.