Dünya

Avropa İttifaqında vaksin sertifikatının müddəti uzadılıb

14 İyun 2022 09:00
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Parlamenti və Aİ-yə üzv ölkələr Covid-19 əleyhinə vaksin sertifikatının müddətinin 2023-cü ilin iyununadək uzadılmasını qərara alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sənəd koronavirusun yeni ştamları ortaya çıxacağı təqdirdə Avropa vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək.

Avropada peyvənd olunma, yaxud xəstəlikdən sağalmaya dair vahid sanitar sənəd haqqında qayda 1 iyul 2021-ci ildə tətbiq edilib. Qaydanın vaxtı 30 iyunda başa çatacaq. Avropa Komissiyası fevral ayında qaydanın vaxtını uzatmağı təklif edib.

Deputatlar bilsdiriblər ki, qitədə epidemioloji vəziyyət hər an dəyişə bilər. Lakin rəqəmli vahid Covid-19 pasportu vətəndaşların sərbəst hərəkətinə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.