Dünya

"Ukraynada sülh mümkündür, lakin..."

12 İyun 2022 22:40
0 Şərh     Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada sülh mümkündür, yeganə məsələ onun Ukraynaya hansı ərazi güzəştlərinin bahasına başa gələcəyidir.

Milli.Az "report"a istinadən bildirir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Finlandiyanın paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında səsləndirib.

"Ukraynada sülh mümkündür. Məsələ onun qiymətinin nə olacağıdır: biz bu sülh üçün nə qədər ərazi, azadlıq və demokratiya ödəməyə hazırıq. NATO Ukraynanın Rusiya ilə danışıqlar masaında mövqeyini gücləndirmək üçün yardım etmək niyyətindədir", - o bildirib.

Bununla yanaşı, Y.Stoltenberq NATO hərbçilərinin Ukraynadakı münaqişədə iştirak etmədiyini qeyd edərək Alyansın bu ölkədən kənarda hərbi əməliyyatların alovlanmasını istəmədiyini vurğulayıb:

"Müharibənin əvvəlindən biz həmişə müstəqillik uğrunda mübarizə aparan ölkəyə kömək etməyə çalışmışıq, lakin eyni zamanda mümkün qədər eskalasiyadan yayınmağa da çalışmışıq, ona görə də heç vaxt Ukrayna ərazisinə daxil olmamışıq və ukraynalıların uçuşa yasaq zonanın yaradılması istəyini qəbul etmədik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.