Dünya

Ofisiant kağıza yazdığı qeydi gizlicə 13 yaşlı qıza göstərdi: Dəhşətli hadisənin üstü açıldı

12 İyun 2022 00:31
0 Şərh     Baxış: 3 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Florida əyalətində ofisiant dəhşətli hadisənin üstünü açıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, restorana atası ilə gələn uşağın hərəkətlərindən şübhələnib. Ofisiant kağıza "Sənə kömək lazımdır?" yazdığı qeydi gizlicə uşağa göstərib. Kimliyi gizli saxlanılan 13 yaşlı qız köməyə ehtiyacı olduğuna işarə edib. Ofisiant əraziyə polis çağırıb. Məlum olub ki, qızın yanındakı şəxs onun ögey atasıdır. Araşdırmalar zamanı ögey atanın uşağı istismara və şiddətə məruz qoyduğu üzə çıxıb.

Bildirilir ki, qız ailədən uzaqda olan yerdə saxlanılıb. O, hərbi xarakterli çətin tapşırıqlar icra etməyə məcbur edilib. Uşaq qida ilə az təmin olunub. Polis ögey atanı nəzarətə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.