Dünya

Ermənistan hakimiyyətindən ŞOK ELAN - Arutyunyanın həbsi ilə BAĞLI…

8 İyun 2022 23:30
0 Şərh     Baxış: 1 902
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Arayik Arutyunyanın həbsi zaman məsələsidir. Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun fikrincə, onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil: "Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır. Rəsmi İrəvan özü də Arayikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də "Dağlıq Qarabağ Respublikası" sözü çıxmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.