Dünya

Mariupolda vəba təhlükəsi - 10 minlərlə insan ölə bilər

7 İyun 2022 11:52
0 Şərh     Baxış: 1 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya tərəfindən ələ keçirilən Mariupoldan əhalinin tam olaraq təxliyəsi təşkil edilməzsə, on minlərlə insanın vəba epidemiyasından ölməsi təhlükəsi var".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mariupol Şəhərinin Şurası açıqlayıb.

Məlumata görə, dağıdılmış şəhərdə hazırda mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya işləmir, küçələr tullantı və natəmizliklə doludur, dağıntılar altında qalan cəsədlər isə havanın isti olması səbəbindən daha sürətlə çürüməyə başlayıb.

Bildirilir ki, şəhərdə dərman çatışmır, xəstəxanalar dağıdılıb.

Şəhər Şurası bütün bu cəhətləri nəzərə alaraq, şəhərdə vəba epidemiyasının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məmurlar belə hesab edir ki, humanitar dəhlizlərin yaradılması və əhalinin tam olaraq təxliyəsi ilə bağlı beynəlxalq missiya ilə şəhəri xilas etmək olar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.