Dünya

Sel gəldi, 16 nəfər öldü, 40 nəfər itkin düşdü

8 May 2010 15:23
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə "RİA Novosti" agentliyi Tacikistanın Fövqəladə Hallar üzrə Komitəsinə istinadən yayıb.

Məlumata görə, intensiv yağan yağışlar ölkənin Xalton əyalətinin Kulyab, Şurabad və Muminabad şəhərlərində selə səbəb olub. Təbii fəlakət nəticəsində 1,5 mindən artıq ev dağılıb, yüzlərlə kilometrlərlə avtomobil yolu, 2,5 min hektar əkin sahəsi, onlarla obyekt su altında qalıb. Daşqınlar kommunikasıya xətlərinə də ziyan vurub.

Ötən gün günün ikinci yarsında prezident Emoməli Rahmon ən çox ziyan dəyən Kulyab bölgəsinə gedib. O, fəlakətin nəticələri ilə yerində tanış olub. Dövlət başçısı fəlakət nəticəsində ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, zərərçəkənlərə müvafiq yardımın göstərilməsi üçün göstərişlər verib.

İlkin məlumata görə, ölkəyə 100 milyon dollardan çox maddi ziyan dəyib.

/ANS Press/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.