Dünya

Pele Putinə müraciət etdi - FOTO

2 İyun 2022 16:22
1 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya təcavüzə son qoymasını xahiş edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında foto yayımlayıb.

"Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir. Biz bunu dayandırmalıyıq", - Pele bildirib.

Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.