Tezliklə NATO ölkələri arasında Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq. Bu isə Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini daha da gücləndirəcək.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler Almaniyanın Ukraynaya hərbi dəstəyinin olmadığına görə Berlinə ünvanlanan tənqidləri başa düşmədiyini də bildirib:
"Biz Ukraynaya silah vermişik və daha çoxunu tədarük edəcəyik. Hazırda sifariş olunan ağır silahlar hazırlanır".
Milli.Az